"Elvin Mahmudzadə: Səfərovlar Ailəsi Qətli - Rusiyada Azərbaycanlılara Qarşı Etnik Nifrət Nə Vaxt Dayanacaq?" 29 İyun 2025, 18:34

"Elvin Mahmudzadə: Səfərovlar Ailəsi Qətli - Rusiyada Azərbaycanlılara Qarşı Etnik Nifrət Nə Vaxt Dayanacaq?"
Rusiyada Azərbaycan vətəndaşlarının dəhşətli şəkildə qətlə yetirilməsi təkcə bir cinayət deyil, etnik nifrət və sistemli laqeydliyin nəticəsidir. Bu qanlı hadisə, Rusiyada azərbaycanlılara qarşı artan zorakılıq və irqi ayrı-seçkiliyin yeni bir nümunəsidir. Həmyerlilərimizin vəhşicəsinə qətlə yetirilməsi təkcə təcavüzkar bir cinayət deyil - bu, irqi nifrətin dövlət qayğısızlığı ilə birləşərək qanlı zorakılığa çevrilməsinin nümunəsidir.
Rusiya qanunlarının və məhkəmə sisteminin milliyyətcə motivləşdirilmiş cinayətlərə qarşı qeyri-adekvat reaksiya verdiyini, polis və istintaq orqanlarının azərbaycanlıların, xüsusən Qafqaz mənşəli insanların öldürülməsi hallarında qəsdən səssiz qaldıqlarını çox zaman şahidi olmuşuq. Rusiya mediya məkanı çox zaman azərbaycanlıları və digər Qafqaz xalqlarını “ kriminal “ , “ işğalçı “ və ya “ mədəniyyətsiz “ kimi təqdim edərək ictimai rəyi zəhərləyir.
Azərbaycan xalqı bu və digər oxşar hadisələrə həssas reaksiya verir. Dövlət səviyyəsində artıq müəyyən tədbirlərə start verildiyini də görürük. Rusiyada yaşayan yüz minlərlə azərbaycanlı təhlükəsizlik və ədalət gözləyir , lakin onların hüquqları sistematik şəkildə pozulur.
Azərbaycan hökuməti bu və digər hallara qarşı daha sərt və açıq diplomatik addımlar atmalıdır. Rusiya rəsmilərinə rəsmi etiraz notaları verilməli və təhqirlə bağlı BMT və digər beynəlxalq qurumlara müraciət edilməlidir. İstintaqa Azərbaycan nümayəndələrinin qatılması tələb olunmalıdır. Rusiyadakı azərbaycanlıların hüquqlarının qorunması üçün xüsusi konsulluq xidmətləri genişləndirilməlidir. Əgər Rusiya tərəfi ədaləti təmin etməsə, ekonomik və siyasi sanksiyaların gündəmə gətirilməsi müzakirə edilməlidir.
Düşünürəm ki, bu kimi hadisələrdə sükut etirazın forması ola bilməz!
#SəfərovlarAiləsi #AzərbaycanEtirazEdir #RusiyaCinayəti #DiplomatikCavab
DİGƏR XƏBƏRLƏR
-
"Elvin Mahmudzadə: Səfərovlar Ailəsi Qətli - Rusiyada Azərbaycanlılara Qarşı Etnik Nifrət Nə Vaxt Dayanacaq?"
29 İyun 2025, 18:34 -
Azərbaycan Vətənpərvərlər Partiyasının sədri Elvin Mahmudzadə Mingəçevirdə olan zaman iki qardaş və ikisidə şəhidlik zirvəsinə ucalan Musa Həsənov və Tural Həsənovun ailəsi ilə görüşü.
13 Nisan 2021, 16:35 -
Şəhidimiz Hüseynov Elçin - Əmanət layihəsi
12 Nisan 2021, 16:19 -
Şəhidimiz Veyisov Kərəm - Əmanət layihəsi
11 Nisan 2021, 16:09 -
Bu gün Azərbaycan Vətənpərvərlər Partiyasının sədri Elvin Mahmudzadə, AVP Medianın direktoru Nail Abbaszadə şəhidimiz Səbuhi Həsənquliyevin evinin yaxınlığındakı büstünün açılışında iştirak ediblər.
11 Nisan 2021, 16:00 -
Tibb işcilərinin peşə bayramı ilə əlaqədar Azərbaycan Vətənpərvərlər İctimai Birliyinin Aran-Cənub təşkilatının sədri Ülvi Məmmədovun təşkilatçılığı ilə İmişli Rayon Mərkəzi xəstəxanasında tədbir keçirilmişdir.
19 İyun 2025, 15:50 -
Azərbaycan Vətənpərvərlər Partiyasının sədri Elvin Mahmudzadə və şəhidlərimiz Məmmədov Sadiqin və Ağayev Ağalının ailələri ilə birlikdə Zoom platformasında gənclərlə görüşü baş tutdu.
10 Nisan 2021, 15:45